Zəngəzurda Paşinyanın avtomobilinə hücum oldu, mühafizəçisinin paltarı cırıldı

Ermənistanın baş naziri Nikol Paşinyanın Meğriyə səfəri qalamaqallı olub.

Şəhər sakinləri baş naziri vilayətə səfərinə etiraz ediblər.

Onlar “Nikol satqındır!” şüarını söyləyərək, Paşinyanın Süniki (Zəngəzur) tərk etməsini tələb ediblər.

Hadisə zamanı Paşinyanın mühafizəçisinin paltarı cırılıb.

Məlumata görə, etirazçılar Paşinyanı müşayiət edənlərə və baş nazirin avtomobilinə hücum ediblər. Nikol Paşinyanın təhlükəsizliyinin təmin edən Milli Təhlükəsizlik Xidməti və polisin 500 maskalı xüsusi təyinatlıları hücuma müqavimət göstərməyərək avtomobilə minib, Paşinyanla birlikdə şəhəri tərk ediblər.

Bildirilib ki, hadisə nəticəsində dövlət mühafizə xidmətinin başçısı Sarkis Ohanesyanın paltarı cırılıb.

Beləliklə, baş nazirin regionda planlaşdırdığı səfər baş tutmayıb.

Qeyd edək ki, Nikol Paşinyan aprelin 20-də Sünik vilayətinin polis rəisini, Gorus və Qafanın polis rəisi müavinlərini gözlənilmədən işdən azad edib.