Zindan xatirələrindən

(2-ci Qarabağ müharibəsinin şəhidləriylə bağlı):

44 günlük müharibə zamanı məhkum yoldaşlarımızla hər gün şirin-şirin müzakirələr edirdik və şəhidlərimizin həyatı haqda kadrları böyük maraqla izləyirdik. 
Birdən məhkum yoldaşlarımızdan biri belə dedi:
- Bilirsiniz, kimlərsə bu şəhid qardaşlarımızın pak qanı üstündə öz kreslolarını bərkidəcək. Çox təəssüf.
Bu anda bir neçə məhkum qardaşımızın narahat olduğunu hiss etdim və belə dedim:
- Qardaşım, mümkün deyil ki, Uca Allah pak şəhid niyyət və qanı üstündə batil təfəkkürün möhkəmlənməsinə icazə versin. O pak şəhid qanları vətənimiz Azərbaycanda böyük müsbət dəyişikliklərə yol açacaq. Çünki o qardaşlarımız vətənin xoş günə çıxması üçün canlarından keçdilər. Şəhidin qanının sahibi də Allah təaladır. Allah təala şəhidin arzularını  özü bildiyi formada və müəyyən etdiyi şəxslərin əliylə həyata keçirir. Bu Allahın qəti vədidir. Ona görə nikbin olun və şəhid qanlarının bərəkətini gözləyin.

Vüsal Nadiroğlu
Sosial psixoloq
MBH İ/H üzvü

11 saylı CÇM-də siyasi məhkumluq həyatı yaşayarkən zindan xatirələrindən
(30.11.2015 - 19.03.2021)