Zabitimiz Kəlbəcər gölündə boğulub

Azərbaycan Ordusunun hərbi qulluqçusu, zabit Fərzəliyev İlham iyunun 16-də Kəlbəcər rayonun ərazisində göldə çimərkən boğularaq həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.