Yəmənli liderin adı hərbi əməliyyatlara veriləcək

2018-ci ilin aprel ayının 18-də Səudiyyə Ərəbistanı tərəfindən sui-qəsd ilə öldürülən Yəmənin Ali Siyasi Şurasının sədri Saleh əl-Səmədin adı hərbi əməliyyatlara veriləcək.

 

Bu barədə Yəmənin paytaxtı Səna şəhərindəki hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda vurğulanır ki, gələcəkdəki bütün hərbi əməliyyatlara Saleh əl-Səmədin adı veriləcək.

 

"Sİlahlı Qüvvələrimiz bu əməliyyat üçün hazırlaşır və sadəcə uyğun zamanı gözləyirik.Rəhbərlik əmr verdiyi an hərbi əməliyyat keçiriləcək və Saleh əl-Səmədin intiqamı alınacaq", - deyə Yəhya əs-Səri diqqətə çatdırıb.