Yəməndə husilər bir sıra əraziləri nəzarətə götürüb

Yəməndə husilər Marib əyalətinin mərkəzinə yaxın bir sıra əraziləri nəzarətə götürüb.

Bu barədə əl-Məsirə agentliyi xəbər verir.

Məlumatda bildirilir ki, onlar əl-Cubə rayonunun 3 kəndini nəzarətə götürüb. Yəməndən qaçan prezident və Səudiyyə Ərəbistanına loyal qruplaşmalar husilərin El-Cubənin mərkəzinə nəzarətə götürməməsi üçün müdafiəyə keçib, tərəflər arasında şiddətli döyüşlər başlayıb.

Qeyd edək ki, Yəməndən qaçan prezident və Səudiyyə Ərəbistanına loyal qruplaşmalar bir neçə saat əvvəl əyalətin mərkəzi Marib şəhərinin cənubundakı əsas yolu hərbi səbəblərdən bağladığını açıqlayıb.

Faktxeber.