Yəməndə bazarda partlayış törədilib, onlarla ölən və yaralanan var

Yəmənin Ədən əyalətinin Şeyx Osman rayonunda bazarda partlayış törədilib. Ölənlər və yaralananlar var.

Operaativ.tv SalamNews-a istinadən xəbər verir ki, yerli aidiyyatı qurumlar bu partlayışda azı beş nəfərin öldüyünü bildiriblər.

Bu partlayışda daha 34 nəfərin müxtəlif dərəcələrdə yaralandığı açıqlanıb.

İlkin məlumata görə partlayış balıq bazarında qutuların birinə yerləşdirilmiş bombanın işə salınması ilə baş verib.

Sözügedən partlayışı hələ heç bir qrup üzərinə götürməyib.