Yəməndə atəşkəsin müddəti daha iki ay uzadılıb

Yəməndə atəşkəs müddəti üçüncü dəfə daha iki aylıq uzadılıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə nümayəndəsi Hans Qrundberq deyib.

BMT-nin Yəmən üzrə nümayəndəsi bildirib ki, yəmənli tərəflər atəşkəs müddətini əlavə iki ay uzatmaq barədə razılığa gəliblər.

Qrundberq deyib ki, "iki tərəf (Səna və Səudiyyə koalisiyası) atəşkəs müddətini əlavə iki ay uzatmaq barədə razılığa gəliblər və bu uzadılma, mümkün qədər tez bir zamanda yekun atəşkəs razılaşmasına nail olmaq üçün danışıqları davam etdirmək öhdəliyini ehtiva edir".

BMT rəsmisi əlavə edib ki, “uzun müddətə uzadılmış atəşkəs Səna Beynəlxalq Hava Limanına əlavə istiqamətlərdən uçuşların açılmasına və əl-Hudeyda limanına müntəzəm yanacaq və qidanın daşınmasını təmin edilməsinə imkan verəcək”.

O, "uzadılmış və genişlədilmiş atəşkəs təklifinin dövlət qulluqçularının və mülki təqaüdçülərin maaşlarının müntəzəm olaraq ödənilməsi üçün şəffaf və effektiv mübadilə mexanizmi haqqında razılaşmaya, Taiz və digər əyalətlərdə yolların açılmasına imkan verəcəyini” əlavə edib.