Yəmən ordusundan İŞİD və BƏƏ muzdlularına ağır zərbə

Yəmən ordusu ölkənin cənubundakı BƏƏ muzdlularının mövqelərinə 2 ballistik raket zərbəsi endirib.

Az.rasthaber.com "Fars"-a istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmisi briqada generalı Yəhya Sərii bəyan edib.

Əməliyyat muzdluların cənubdakı irəliləməsinə mane olmaq məqsədi ilə keçirilib.

"Yəmən ordusu, düşmənə havadan verilən sıx dəstəyə baxmayaraq, İŞİD və BƏƏ ilə əlaqəli muzdlu elementlərinin Hərib və Eyn şəhərlərindəki irəliləyişinin qarşısını ala bilib", - deyə o qeyd edib.

Onun sözlərinə görə, muzdlular irəliləyə bilməyiblər.

"Düşmənə böyük zərər vurulub: düşmənin 50-dən çox canlı qüvvəsi məhv edilib və yaralanıb, onlara məxsus zirehli texnikalar və maşınlar məhv edilib", - deyə Sərii bildirib.