Yanvarın 13-də Bakıda güclü külək, bəzi rayonlarda isə qar gözlənilir

Turan:Yanvarın 13-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 12-də yaydığı məlumatda deyilir. 

Məlumata görə, mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.