Yanukoviçə və keçmiş nazirlərə sanksiya tətbiq ediləcək

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası keçmiş prezident Viktor Yanukoviç və dönəmin bəzi yüksək vəzifəli dövlət məmurlarına sanksiya tətbiq olunması barədə qərar qəbul edib.

 

Məsələ barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Yanukoviçlə yanaşı, keçmiş baş nazir Mikola Azarov, keçmiş müdafiə naziri Pavlo Lebedev, keçmiş təhsil naziri Dmitro Tabaçnik və dönəmin bəzi məmurları üçün iqtisadi sanksiya tətbiq olunması şuraya təklif edilib.

 

“Milli təhküləsizliyi təmin etmək Ukraynaya xəyanət etmiş şəxslərin ədalətin qarşısına çıxarılmasını tələb edir. 2014-cü ildə dövlət rəsmiləri işğala imkan verdilər. Buna görə cavab verməlidirlər”, -  açıqlamada deyilir.

 

Şuranın katibi Aleksey Danilov sözügedən şəxslərə qarşı sanksiya qərarı aldıqlarını açıqlayıb.