Xətibzadə: “Livan qürurla sionist kökləri olan fitnələrdən keçəcək”

Giperssilka “MEHR”ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Livandakı son proseslərlə bağlı münasibətini bildirib:

O qeyd edib ki, İran İslam Cümhuriyyəti Livanda sabitliyin və sülhün qorunmasının vacibliyini vurğulamaqla yanaşı, Livandakı dəyişiklikləri diqqətlə və yaxından izləyir:

“Xalqın, hökumətin və ordunun Livan müqaviməti ilə birlikdə, həmrəyliyi və birliyi ilə hər zaman olduğu kimi, kökləri sionist rejimdən qaynaqlanan fitnə və məkrli planları, uğurla və qürurla dəf edəcəklərinə inanırıq”.

O, dinc şəkildə etiraz edən günahsız livanlıların güllələnməsini qınayıb və buna görə dərin təəssüfünü ifadə edib. Xətibzadə Livan hökumətinə və xalqına, xüsusən də ölənlərin ailələrinə başsağlığı verərək, Allahdan yaralıların təcili sağalmasını istəyib.