Xan hz. Peyğəmbərlə (s) bağlı sözlərinə görə Putinə təşəkkür etdi

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Pakistanın Baş naziri İmran Xan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Xan müsəlmanların Putinin hz. Məhəmməd peyğəmbər (s) barədəki sözlərini dəstəklədiyini bildirib.

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Putin isə öz növbəsində deyib ki, Rusiya tarixən çoxmillətli və çoxkonfessiyalı bir dövlətdir və burada ənənəvi olaraq fərqli dinlərdən, o cümlədən də İslam dininin mənsubu olan xalqlar birlikdə yaşayırlar.

Elə indicə prezident Putinlə danışdım və ilk növbədə onun söz azadlığının bizim Məhəmməd peyğəmbərimizi (s) təhqir etmək üçün bəhanə ola bilməyəcəyinə dair qəti bəyanatına görə ona öz təşəkkürümü bildirdim“, – deyə Xan “Twitter” hesabında yazıb.

O, müsəlmaların sevimli peyğəmbərinə (s) olan hislərinə şəfqət və həssaslıq göstərən ilk qərbli liderdir“, – deyə Xan əlavə edib.

Tərəflər bir-birilərini Pakistan və Rusiyaya səfər etməyə dəvət ediblər.

Bundan başqa, onlar ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

Müxtəlif sahələrdəki, o cümlədən də ticari-iqtisadi, energetik və humanitar sahələrdəki, həmçinin koronavirus infeksiyasının yayılması ilə mübarizədəki Rusiya-Pakistan əlaqələrinin inkişafı məsələləri müzakirə edilib“, – deyə qeyd edilib.

Kremldən bəyan edilib ki, tərəflər kontaktların davam etdirilməsi ilə bağlı razılaşıblar.

Xatırladaq ki, Putin dekabr ayında bildirmişdi ki, İslam Peyğəmbərinin (s) təhqir edilməsi “din azadlığının pozuntusu və İslam dininə mənsub insanların müqəddəs hislərinin pozulmasıdır“. O deyib ki, bu cür hallar mənfi nəticələrə səbəb olur.