Vüsal Nadiroğlunun zindan xatirələrindən

Həqiqətən də insan zindanda ikən bu dünyanın faniliyini daha da gözəl idrak edir. Təfəkkür üçün sanki beynin aram olur.
5 il 4 ay ərzində zindanda müxtəlif təbəqəli insanlarla ünsiyyətim oldu: Həkim, hüquqşşünas, müəllim,biznesmen,dövlət məmuru və s. Hamısı da bu vəya digər formada zindana məhkum edilmişdilər: Ailə-məişət zəminində qətl, avtoqəza, dava-dalaş fırıdaqçılıq,və digər formada həbsə düşmüşdülər.Xülasə insana gün kimi aydın olur ki, həbsxanadan heç kim sığortalı deyil. 
"Kimliyindən asılı olmayaraq bir gün həbsə düşə bilərsən.Çox sinənə döymə ay insan! Qınama,qınanarsan! " ibarəsini daha şəffaf anlayırsan.

Bütün bu tip ziyalı yaxud həbsxananın daimi sakini olmayan məhkumlar hamısı birmənalı belə deyirdi:
"Dünya çox fanidir,yalançıdır və vəfasızdır. Bir zamanlar ailəm,övladlarım, dostlarım,evim,avtomobillərim və s vardı. Indi hamısı əlimdən çıxdı. Bir-iki nəfərdən başqa heç kəs məni axtarmır."
Bu axtaranlar da adətən analar və sadiq dostlar olur.
Həqiqətən də çox düşündürücüdür. Ona görə belələri namaza başlayırdı və başına döyürdü ki, kaş illər öncə bunları başa düşüb dünyanın bər-bəzəyinə aldanmazdım.
Doğurdan da insan qəbirdəki kimi  həbsdə də yalnız qalır. Hz. Yusuf(ə)  da zindana dirilərin qəbristanlığı deyirdi.
Allah təala cəmi zindan əhlinə ibrət götürməyi və doğmalarına qovuşmağı nəsib etsin.Amin.

Vüsal Nadiroğlu
Sosial psixoloq
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin Üzvü 
Keçmiş Siyasi Məhbus
(30.11.2015 - 19.03.2021)