Vəkil Razi Hümbətov ilə görüşdü

Vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov ilə görüşüb.

 

Operativ.tv xəbər verir ki, Cavad Cavadov bu barədə facebook hesabında yazıb:

 

“Dünən Bakı İstintaq Təcridxanasında Razi Hümbətovla görüşdüm. Yaxşıdır, bütün dostlara salamları vardır. Saxlanma şəraitinə gəldikdə isə saxlanıldığı kamerada səkkiz nəfərlə birgə qalır.

 

Kamera yoldaşlarından biri də maraqlı insandır - deputat Eldəniz Səlimovdur.

 

Kameranın sahəsini dəqiq deyə bilmədiyinə görə bunun qaydalara uyğun olub olmadığını araşdırmasız deyə bilmərəm. Lakin düşünürəm ki, yenə də adam sayı çoxdur.

 

Dövlət orqanlarının həbsdə saxlanılanların saxlanılma şəraiti ilə bağlı qaydalara əməl etməsi zəruridir”.