Van İ: Tayvan lideri milli maraqlara xəyanət etdi

Çinin xarici işlər naziri Van İ Tayvan lideri Tsay İnveni ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfərinə görə “milli maraqlara” xəyanət etməkdə ittiham edib.

Operativ. tv SalamNews-a istinadən xəbər verir ki, Çinin "Sinxua" xəbər agentliyinin məlumatına görə, Vanq İ, ASEAN-Çin əməkdaşlıq formatında xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün gəldiyi Kambocaya ABŞ və Çin arasında münasibətlərdə gərginliyə səbəb olan Pelosinin səfəri ətrafında yaranmış vəziyyəti şərh edib.

Van İ bildirib ki, ABŞ "demokratiya" bəhanəsi ilə Çinin suverenliyini pozan zərərli addımlar atır.

Nazir vurğulayıb ki, Tsay İnven tərəfindən təmsil olunan Tayvanpərəst separatçı qüvvələr ABŞ-dan yapışaraq milli maraqlara xəyanət edirlər.

"Lakin bu cür addımlar beynəlxalq konsensusu poza, Tayvanın Çinə qayıtmasının tarixi tendensiyasını dəyişdirə bilməyəcək. Odla oynamağın sonu pis olacaq. Çinin suverenliyini pozan hər kəs cəzalandırılacaq", deyə nazir əlavə edib.