Ümumdünya Şahmat Olimpiadası: Kişilərdən ibarət komandamız İsrail yığmasını məğlub etdi

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçirilən 7-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) İsrail yığmasını 3:1 hesabla məğlub edib. Qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Hindistan şahmatçılarına 1,5:2,5 hesabla uduzublar.

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-dək davam edəcək.