Ukrayna Qara dənizdə 2 yeni hərbi bazanın inşasına başlayıb

Ukrayna Qara dəniz hövzəsində 2 yeni hərbi dəniz bazasının inşasına başlayıb.

APA-nın xəbərinə görə, bu barədə müdafiə naziri Aleksey Reznikov açıqlama verib.“Berdyansk və Oçakovda 2 hərbi dəniz bazasının inşasında praktik mərhələyə başlayırıq”, - deyə nazir söyləyib.