Türkiyədə inflyasiya son 20 ilin rekordunu qırıb

Bu ilin iyul ayında Türkiyədə istehlak qiymətləri indeksində dəyişiklik əvvəlki ayla müqayisədə 2,37%, əvvəlki ilin eyni ayına görə isə 79,6% təşkil edib.

Operativ.tv “APA-Economics”-in  Türkiyə mətbuatına istinadən yaydığı xəbərində illik inflyasiya son 20 ilin ən yüksək səviyyəsinə çatıb.