Türkiyədə HDP Partiyasının qapadılması üçün məhkəmə iddiası qaldırıldı

Türkiyədə əsasən kürd seçicilərinin dəstəklədiyi Xalqların Demokratik Partiyasının (HDP) qapadılması üçün Baş Prokurorluq məhkəməyə müraciət edib. 

"Cümhuriyyet" qəzetinin iyunun 8-də verdiyi xəbərə görə, Baş porkuror Bekir Şahinin imzaladığı 850 səhifəlik iddia Kostitusiya Məhkəməsinə göndərilib. 

Sənəddə partiyanın 500 üzvü barəsində siyasi qadağaların tətbiqi və partiyanın bank hesabı barədə məhdudlaşdırıcı qərarın çıxarılması tələb olunur. 

Baş Prokuror HDP-nin fəaliyyətinin dövlətin suverenliyinə, ölkənin və millətin bölünməziyinə, insan haqlarına xələl gətirdiyini iddia edərək onun tamamilə qapadılmasının zəruri olduğunu vurğulayıb. 

HDP-nin tamamilə qapadılmasına dair ərizəyə Türkiyə Konstitusiya Məhkəməsinin 15 hakimi baxaraq müvafiq qərar çıxaracaq.