Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb, küçəyə çıxmaq qadağan edilib

Türkiyənin Mardin şəhərində PKK terrorçularının polisi öldürdüyü bölgədə genişmiqyaslı əməliyyatlara start verilib.

Mardin Valiliyi Artuklu rayonunun Yardere məhəlləsində küçəyə çıxmağı qadağan edib.

Bildirilib ki, terrorçuların məhv edilməsi və onların istifadə etdiyi sığınacaq və anbarların dağıdılması, silah-sursatın ələ keçirilməsi məqsədilə genişmiqyaslı antiterror əməliyyatları keçirildiyi üçün insanların təhlükəsizlik tədbirlərini nəzərə alaraq qərara uyğun davranması əhəmiyyət kəsb edir.

Qeyd edək ki, adıçəkilən məhəllədə PKK terrorçuları ilə atışma zamanı bir polis nəfəri şəhid olmuşdu.