Türkiyədə etiraz aksiyaları keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Türk lirəsinin məzənnəsinin düşməsi fonunda Türkiyənin bir sıra şəhərlərində, o cümlədən İstanbul və Ankarada etiraz aksiyaları keçirilib.   Bu barədə dünən "Halk TV" məlumat yayıb.   Nümayişçilər, əsasən Rəcəb Tayyib Ərdoğan hökumətinin istefasını tələb edən şüarlar səsləndirib, bəziləri də hakim Ədalət və İnkişaf Partiyasının hakimiyyətdən uzaqlaşdırılmasını istəyiblər.   Aksiya iştirakçıları arasında yerli tələbələrin də olduğu qeyd edilir.   Telekanalın məlumatına görə, ictimai asayişi qorumaq üçün polis əməkdaşları nümayiş keçirilən ərazilərə gəliblər.   Bir sıra etirazçıların həbs olunduğu bildirilir.