Türkiyə və Çin xarici işlər nazirləri uyğur türklərini müzakirə edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Çin xarici işlər naziri Van İ arasında görüş keçirilib.

Operativ.tv APa-ya istinadən xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu “Twitter“də bildirib.

“Çin xarici işlər naziri ilə ikitərəfli münasibətlərimizi, regional və qlobal hadisələri müzakirə etdik, uyğur türkləri ilə bağlı həssaslığımızı çatdırdıq”, - Çavuşoğlu qeyd edib.