Türkiyə Türkmənistan qazını alacaq

Türkiyə Türkmənistandan təbii qazın tədarükü ilə bağlı qarşı tərəflə danışıqlar aparır.

Operativ.tv APA-nın İstanbul müxbirinin “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkmənistana səfəri zamanı deyib.

O, tərəflərin 3 alternativ təklif üzərində işlədiyini və danışıqların artıq sona yaxınlaşdığını qeyd edib.