Türkiyə 44 terrorçunu məhv edib

PKK terrorçularının Akçakaledə törətdiyi partlayış nəticəsində 3 türk əsgərinin şəhid olduğundan sonra başlanılan antiterror əməliyyatlarında 44 terrorçu zərərsizləşdirilib. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. O qeyd edib ki, Türkiyə şəhidlərin qanını heç bir zaman yerdə qoymayıb və qoymayacaq: "Hər bir hücuma cavab veriləcəyinə heç kimin şübhəsi olmamalıdır".