Tunis təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub

Tunisdə İnqilbın ildönümü qarşıdurmalara çevrilib. Belə ki, Ben Əli rejiminə qarşı inqilabın ildönümündə prezidentin qərarlarına etiraz bəyanatı ilə müşayiət olunan aksiyaya təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə toqquşmalara səbəb olub. Tunisin təhlükəsizlik qüvvələri paytaxtda keçirilən genişmiqyaslı nümayiş zamanı çoxlu sayda iştirakçını saxladığı bildirilir. Aksiya müdaxilə ilə dağıdılıb. Xatırladaq ki, mərasim prezident Qais Səidin qərarlarına etiraz olaraq və devrilmiş prezident Zin Əl Abidin Ben Əli rejiminə qarşı inqilabın ildönümü olaraq keçirilib.