“Tərtər işi”ndəki işgəncə faktları - Video

Azərbaycanda bir neçə müddətdir ki, Tərtər hadisələri zamanı əsgərlərə və zabitlərə verilən işgəncələr ölkə gündəmində ciddi şəkildə müzakirə olunur.

 

Operativ.tv xəbər verir ki, ölənlərin və sağ qalanların ailələri yutub kanallarında baş verənlərdə günahkar olanların cəzalandırılması tələbiylə çıxış edirlər. Hadisədən zərərçəkmiş və işgəncələrə məruz qaldığını bildirən zabitlər və əsgərlər də prosesin necə baş verdiyini anladırlar.

 

“Müsavat” TV-nin efirində qonaq olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Tərtər hadisələrində baş verənlərlə bağlı fikrini bildirib. Onun sözlərinə görə, Azərbaycanda Tərtər işinə ən azı 2000 nəfər cəlb edilib: “2000 adama elektrik gərginliyi verilib. Xlorlu suya başı sallanıb. Əli-ayağı bağlı adamlar guya ikinci mərtəbədən tullanıblar. Halbuki bu adamlar ikinci mərtəbədən asfaltın üzərinə atılıb. Bu hadisəni korpus komandiri Hikmət Həsənov, Tərtərin icra başçısı müşayiət edib”.