Toni Kross karyerasını bitirə bilər

Almaniya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Toni Kross mövsümün sonunda karyerasını başa vura bilər.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasının pik nöqtəsində futbolla vidalaşmağı düşünür.

Kroos meydanın mərkəzində gənclərin oynamasının tərəfdarıdır.

Qeyd edək ki, Toni Kroos 2014-cü ildən "Real Madrid"də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.