Təlli Zeynəbiyyə məqamının təmirinin son mərhələsi aparılır

Giperssilka.ru ŞƏBİSTAN-a istinadən xəbər verir ki, İmam Hüseynin (ə) hərəminin mühəndislik və texniki layihələrin texniki direktoru mühəndis Əli Adnan deyib ki, Həzrət Zeynəbin (ə) səhni üçün nəzərdə tulan və xüsusən də Təlli Zeynəbiyyə məqamında işlər artan sürətlə davam edir:

"Təlli Zeynəbiyyə məqamında aparılan işlər dəmir konstruksiyaların quraşdırılması ilə son mərhələyə qədəm qoyub".

Əli Adnan Təlli Zeynəbiyyə məqamının təmirində tarixi hadisələrlə uyğunluqa diqqət olunduğunu bildirib:

"Təlli Zeynəbiyyə məqamının planları İmam Hüseynin (ə) hərəmi, hərəmin səhnlərinin (həyətlərinin) planları və Məhərrəm ayının onuncu günü Kərbəlada baş verən hadisələrlə uyğundur. Təlli Zeynəbiyyənin bir neçə girişi var ki, bu giriş şərq tərəfdən birinci girişdir və İmam Hüseynin (ə) hərəminə baxır. İkinci giriş şimaldan, üçüncü giriş isə cənub tərəfdəndir və İmam Hüseynin (ə) xeymələrinə tərəf baxır.

Bu məqam çöldən 22 tağlı və böyük günbəzi olan eyvanı ehtiva edir. Bu məqamın ortasında günəş işığının daxil olması və buranın mənəviyyatını daha çox görmək üçün dörd kiçik şüşə günbəz var”.