Terrorçuların İsveçdən ekstradisiyasına İsveç məhkəmələri qərar verir

İsveçin ədliyyə naziri Yohansson ekstradisiya işlərinə İsveç məhkəmələrinin qərar verdiyini vurğulayıb.
Operativ.tv MİLLİ GAZETE-yə istinadən xəbər verir ki, Türkiyənin NATO-ya üzvlük müqaviləsində İsveç və Finlandiyadan terrorçuların ekstradisiya tələbi ilə bağlı açıqlama verən İsveçin ədliyyə naziri Morqan Yohansson ekstradisiya işlərinə İsveç məhkəmələrinin qərar verdiyini vurğulayıb.
Norveç xəbər saytlarında yer alan xəbərlərə görə, İsveç vətəndaşı olmayan şəxslər başqa ölkələrin tələbi ilə, ancaq İsveç qanunlarına və Ekstradisiya haqqında Avropa Konvensiyasına uyğun olduğu təqdirdə ekstradisiya edilə bilər. 
Johansson davam edib:
Stokholma görə, "Ankaranın İsveç və Finlandiyanın üzvlüyünə veto qoymasını ləğv edən Türkiyə ilə razılaşma Avropa Konvensiyasına hörmət qoyulmalı olduğunu açıq şəkildə göstərir".
İsveçin ədliyyə naziri Yohansson axşam saatlarında verdiyi açıqlamada, Ərdoğanın açıqlamasına birbaşa münasibət bildirməsə də, ekstradisiya ilə bağlı son sözün hökumətin deyil, “ekstradisiyaya veto hüququna” malik olan Ali Məhkəmənin olduğunu bildirib.