Talibanın xarici işlər naziri Türkiyəyə rəsmi səfər edib

Taliban hökümətinin xarici işlər naziri Mövləvi Əmirxan Müttəqinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 14-ü Türkiyəyə rəsmi səfər edib.

Bu barədə hərəkatın rəsmi Tvitter hesabında paylaşım edilib.

Bildirilib ki, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlunun dəvəti ilə baş tutan səfər çərçivəsində Talibanın xarici işlər naziri Türkiyənin yüksək rəsmilərilə görüşlər keçiriləcək və qarşılıqlı əlaqələr, ticarət, humanitar yardımlar, qaçqınların məsələsi və hava reyslərinin bərpası və s. kimi əlaqəli mövzular müzakirə ediləcək.

Faktxeber.