Taliban şiə məscidlərinin təhlükəsizliyini artıracağını vəd edib

Giperssilka “MEHR”ə istinadən xəbər verir ki, Taliban rəsmiləri bir həftə içərisində Kunduz və Qəndəhar vilayətlərində iki şiə məscidinin İŞİD terror qrupunun vasitəsilə hədəf alınmasından sonra digər şiə məscidlərində təhlükəsizlik tədbirlərini sərtləşdirmək qərarına gəlib.

Qəndəhar Polis İdarəsindən verilən məlumata görə, gələcəkdə məscidləri və məktəbləri qorumaq üçün təhlükəsizlik qüvvələri qərar veriləcək.

Bundan əvvəl yerli könüllü qüvvələr silah icazəsi alaraq şiə məscidlərini qoruyurdu.

Qeyd edək ki, son hücumda 60-dan çox adam ölüb, onlarla insan yaralanıb. Hücumda 4 nəfər iştirak edib. Onlardan üçü kamikadze olub. Bir nəfər də, məscidin mühafizəçilərinə atəş açıb.