Taliban hökuməti Tacikistana və Özbəkistana aparılan təyyarələrin qaytarılmasını tələb edib

Taliban sabiq əfqanıstanlı pilotların ölkədən çıxardıqları təyyarələrin geri qaytarılmasını istəyib.

SalamNews BakhtarNews-a istinadla xəbər verir ki, bunu Taliban hökumətinin müdafiə naziri Molla Məhəmməd Yəqub deyib.

O, ötən günkü çıxışında Tacikistan və Əfqanıstana aparılan təyyarələrin geri qaytarılmasını istəyib.

Taliban hökumətinin müdafiə naziri Özbəkistan və Tacikistandan “Əfqanıstan xalqının səbrini sınağa çəkməmələri”ni istəyib.

“Zəif olsaq da qeyrətsiz deyilik”, deyə o xəbərdarlıq edib.

O, həmçinin bildirib ki, yaxın gələcəkdə hava qüvvələri (texniki dəstək, bərpa və təmir baxımından) heç bir dövlətə bağlı olmayacaq.

Qeyd edək ki, ötən ilin avqust ayında Taliban ölkəni nəzarətə götürən zaman Əfqanıstan Hava Qüvvələrinin təyyarələrinin bir qismi Taciksitana və Özbəkistana aparılıb.