Taliban Əfqanıstanda Aşura və Novruzu rəsmi tətillərin siyahısından çıxarıb

Taliban hökuməti Əfqanıstanda illərdir tətil kimi qeyd edilən Aşuranı və Novruzu qeyri-iş günləri siyahısından çıxarıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin Əmək və İctimai İşlər Nazirliyinin sözçüsü Məhəmməd Yunis Siddiqi açıqlama verib.

O bildirib ki, hökumətin yeni qəbul etdiyi təqvimə əsasən Aşura, Novruz, eləcə də Məhəmməd Peyğəmbərin doğum günü rəsmi tətillər və qeyri iş günləri siyahısından çıxarılıb.

Taliban rəsmisi iddia edib ki, bu əlamətdar günlərin tətillər siyahısından çıxarılması qeyri-iş günlərinin həddən artıq olması ilə bağlıdır.