Taliban beş britaniyalı məhbusu sərbəst buraxıb

Taliban hökuməti Əfqanıstan həbsxanalarında olan beş britaniyalı məhbusu sərbəst buraxıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Bildirilib ki, altı aydır Əfqanıstanda məhbəsdə olan, biri operator olmaqla beş Britaniya vətəndaşı sərbəst buraxılıblar.

Əlavə edilib ki, Taliban hökuməti bu addımı Britaniya tərəfi ilə aparılan danışıqlardan sonra atıb.

Britaniya hökuməti artıq Əfqanıstanda məhbəslərdə heç bir vətəndaşının qalmadığını bildirib. Sərbəst buraxılanlardan biri istisna olmaqla digərlərinin kimliyi və tutduğu vəzifələri məlum deyil.