Suriyanın şimalında mərmi zərbələri nəticəsində dörd ordu əsgəri həlak olub

Suriyanın şimalında qruplaşmaların mərmilərdən atəş açması nəticəsində ordunun dörd əsgəri həyatını itirib.

SalamNews Suriya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiyanın ölkədəki Sülh Mərkəzi bəyanat verib.

Bildirilib ki, İdlib əyalətində radikal qruplaşmaların mərmilərdən atəş açması nəticəsində Suriya Ordusunun dörd əsgəri həyatını itirib.

Buna cavab olaraq Suriya Ordusu da artileriyadan istifadə edərək, Hələbdə, İdlib və Həma əyalətində qruplaşmaların olduğu mövqeləri hədəfə alıb.

Qeyd edək ki, üç il öncə bölgədə Rusiya və Türkiyənin vasitəçiliyi ilə atəşkəs elan edilib.

Əlavə edək ki, ötən gün Suriyanın Dirazzur əyalətində ölkə ordusunun mina təmizləyən bölmələrindən daha dörd mütəxəssis minanın partlaması nəticəsində həyatlarını itiriblər.