Suriyanın şimalında 12 PKK/YPG terrorçusu zərərsizləşdirilib

Suriyanın şimalında Fərat Qalxanı və Zeytun Budağı bölgələrində atəş açan 12 PKK/YPG terrorçusunun zərərsizləşdirilib.

Operativ.tv APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, terrorçularla mübarizəmiz effektiv və qətiyyətlə davam edir:

“Suriyanın şimalında Fərat Qalxanı və Zeytun Budağı bölgələrində təcavüz atəşi açan 12 PKK/YPG terrorçusu Türk Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib".