Suriya ilə bağlı Qazaxıstanda toplantı keçiriləcək

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Suriya üzrə 18-ci Astana danışıqları Qazaxıstanın paytaxtı Nur Sultanda keçiriləcək.
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov Suriya böhranının həlli üçün Türkiyə, Rusiya və İranın zəmanəti ilə qurulan Astana danışıqlarının gələn ay Qazaxıstanda keçiriləcəyini açıqlayıb.
Smadiyarov bildirib ki, iyunun 14-16-da keçirilməsi planlaşdırılan görüşlər paytaxt Nur Sultanda keçiriləcək.
Xatırladaq ki, sonuncu dəfə 21-22 dekabr 2021-ci ildə keçirilən Suriya üzrə 17-ci Astana danışıqlarında Suriyadakı mövcud vəziyyət, humanitar yardımın çatdırılması, Suriya Konstitusiya Komitəsinin Cenevrədə işinin bərpası, əsirlərin mübadiləsi, girovların azad edilməsi və itkin düşmüş şəxslərin axtarışı və s. tədbirlər gündəmin əsas bəndləri olub.