Suriya bəzi ölkələri sionist rejimə verdiyi dəstəyə görə tənqid etdi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Suriyanın Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi deyib: Bəzi ölkələrin sionist rejimin Dəməşq hava limanına hücumlarının BMT Təhlükəsizlik Şurası tərəfindən pislənməsinin qarşısını alması sözügedən ölkələrin sionist rejimə kor-koranə dəstəyinin göstəricisidir.
Sionist rejimin döyüş təyyarələri vaxtaşırı Livanın hava məkanından və ya işğal altındakı Qolan təpələri üzərindən istifadə edərək Suriyadakı hədəflərə raket hücumları təşkil edir. BMT-nin Livanda yerləşən sülhməramlı qüvvələri sionist rejimin gündəlik olaraq BMT qətnamələrini və Livanın hava məkanını pozması barədə dəfələrlə məlumat verib.
Suriyanın rəsmi xəbər agentliyinin (SANA) verdiyi məlumata görə, Suriyanın BMT nümayəndəsi Bəssam Sabbağ çərşənbə günü axşam BMT Təhlükəsizlik Şurasındakı çıxışında bildirib ki, sionist rejimin Suriyaya təcavüzü, Amerika və Türkiyə qüvvələrinin bu ölkədə mövcudluğu Suriyada xaosu uzatmağa yönəlib.
Suriya nümayəndəsi əlavə edib: Təhlükəsizlik Şurasının sionist İsrailin Dəməşq beynəlxalq hava limanına hücumunu pisləməkdən çəkinməsi təəssüf doğurur.