“Sumqayıt”ın “Uypeşt”lə Antalyadakı oyunu koronavirusa görə ləğv olunub

“Sumqayıt”ın Antalyadakı təlim-məşq toplanışında “Uypeşt”lə oyunu ləğv olunub.

Apasport.az xəbər verir ki, bu barədə Macarıstan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Buna səbəb kimi “Uypeşt”də koronavirusa kütləvi yoluxmanın aşkarlanması göstərilib. Məhz bu üzdən macarların iki yoxlama oyunu ləğv olunub. Budapeşt təmsilçisi yanvarın 16-da “Sumqayıt”la keçirilməsi nəzərdə tutulan matçın keçirilməyəcəyini bəyan edib.

Qeyd edək ki, qış təlim-məşq toplanışı üçün bu gün Türkiyəyə yollanan “Sumqayıt” orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır.