Səudiyyə Ərəbistanı koalisiyası son beş gündə Yəmənə 130 aviazərbə endirib

Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiya son beş gündə Yəmənin müxtəlif əyalətlərinə 130 hava zərbəsi endirib. Bu hava zərbələrində azı 20 nəfər ölüb və 30 nəfər yaralanıb.

SalamNews bu barədə Yəmənin əl-Məsira telekanalına istinadla məlumat verir.

Bildirilib ki, son beş gündə Yəmənin paytaxtı Səna da daxil olmaqla ölkənin səkkiz əyalətinə ümumilikdə 130 hava zərbəsi endirilib.

Bu hava zərbələri nəticəsində 20 nəfər ölüb və 30 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.

Qeyd edək ki, Səudiyyə koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.