Səudiyyə Ərəbistanı insan haqlarını pozmaqda ittiham olunur

Eastnews.org-un verdiyi xəbərə görə, beynəlxalq təşkilat olan "İnsan Haqları İzləmə Təşkilatı" Səudiyyə Ərəbistanı hökumətini tənqid edib.   Təşkilat bu barədə yazılı açıqlama yayıb.   Yazılı açıqlamada vurğulanır ki, Səudiyyə Ərəbistanı hökuməti müxaliflərə qarşı qəddarcasına davranır və repressiya siyasəti həyata keçirir.   Bundan əlavə Səudiyyə Ərəbistanı hökumətinin Yəməndə də insan haqlarını pozduğu qeyd edilir.