Səudiyyə koalisiyası birinci gündə Yəməndə atəşkəsi pozdu

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, işğalçı Səudiyyə koalisiyası Yəmən atəşkəs razılaşmasının üçüncü uzadılmış müddətinin birinci günündə yanacaq daşıyan gəmini ələ keçirib. Yəmən Neft Şirkəti hücumçu koalisiyanın benzin daşıyan "Sea Hart" gəmisini ələ keçirdiyini və ilk günündə atəşkəs razılaşmasını pozduğunu açıqlayıb.

Xatırladaq ki, Səudiyyə koalisiyası əvvəlki iki dövrdə atəşkəs rejimini 14 min dəfədən çox pozub. BMT-nin Yəmən üzrə nümayəndəsi Hans Qrundberq çərşənbə axşamı günü Yəməndə atəşkəsin uzadıldığını açıqlayıb. Əl-Cəzirə xəbər kanalının verdiyi məlumata görə, BMT nümayəndəsi təcavüzkar Səudiyyə-BƏƏ koalisiyası və Yəmən Milli Azadlıq Hökumətinin Yəməndə atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəldiyini açıqlayıb.