Sudanda 12 milyon insan yavaş-yavaş aclıqdan ölür

BMT Sudandakı humanitar vəziyyətlə bağlı bədbin proqnozlar verir.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu ölkədə əhalinin təxminən 1/4-i yavaş-yavaş aclıqdan ölməkdədir.

Qeyd edilib ki, iyun-sentyabr dövründə 11,7 milyon insan kəskin aclıqla üzləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 milyon nəfər daha çoxdur.

Sudan ərzaq probleminin səbəbləri maliyyələşdirmə, həmçinin ölkənin qeyri-sabit iqtisadiyyatı, uzun davam edən quraqlıq dövrləri, əkin sahələrinin azaması, yağıntıların azalması ilə əlaqəlidir.

Bildirilib ki, kəskin aclıqdan əziyyət çəkənlərin əksəriyyəti paytaxt Xartumda, Darfur regionunda, Kassala və Bəyan Nil əyalətlərində yaşayır, adıçəkilən bu yerlər hərbi münaqişələr və iqtisadi tənəzzüldən ən çox əziyyət çəkən yerlərdir.

Vurğulanıb ki, 5 yaşadək olan 4 milyon uşaq, həmçinin hamilə və körpəyə baxan qadın kəskin aclıqdan əziyyət çəkir və qidalanmaya ehtiyaclıdır.

Ümumdünya Ərzaq Proqramından bildirilib ki, maliyyələşdirilmə çatışmazlığına görə Sudandakı insanlar üçün ayrılan ərzaq payları azaldılmalı olub. Əlavə edilib ki, iyul ayından başlayaraq 550 mindən çox qaçqın standart ərzaq səbətinin yalnız yarısını əldə edəcək.