“Sərhədsiz Reportyorlar” Elçin İsmayılın azad edilməsini alqışlayır, digər jurnalistləri də azad etməyə çağırır

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı Azərbaycanda Novruz bayramına həsr edilmiş amnistiya çərçivəsində reporyor Elçin İsmayılın azad edilməsini alqışlayır.

“Sərhədsiz Reportyorlar bunu alqışlayır, amma saxta ittihamlarla həbs edilmiş digər üç jurnalisti də azad etməyə çağırır”, deyə təşkilatın Tvitter səhifəsində yer alan məlumatında bildirilir.

“Azadlıq” qəzetinin, həmçinin “Azadlıq” radiosunun bölgə müxbiri Elçin İsmayıl 2017-ci ildə uydurma rüşvət tələb etmə ittihamı ilə həbs edilib. Onun həbsinin əsl səbəbi korrupsiya və vətəndaşların hüquqlarının pozulması haqqında tənqidi materiallar olub.

Turan