Sorbon ilə üzbəüz olan meydan islamofob “qəhrəman”ın adını daşıyacaq

16 Oktyabr Şənbə günü Fransada, şəhər səlahiyyətliləri Məhəmməd peyğəmbərin karikaturalarını çəkən və şəxsiyyətini lağa qoyduğuna görə ölkədə yaşayan çeçen Abdullah Anzorov tərəfindən öldürülən islamofob Samuel Patinin ölümünün ildönümünü qeyd edilib. Bu barədə məlumatı İslamnews.ru-ya istinadən Operativ.tv verib.

 Prezident Emmanuel Makron onu "sakit qəhrəman" adlandırıb. Ölümünün ildönümü münasibəti ilə  xatirəsinə bütün ölkədə bir neçə anım mərasimi keçirilib. Fransanın ən nüfuzlu universitetinin-Sorbonun qarşısındakı meydan isə Samuel Patinin adını daşıyacaq və Conflansda islamofob “qəhrəman”ın açıq kitab şəklində abidəsinin də açılışı olacaq. Patinin öldürülməsindən sonra, bir çox müsəlmanın yaşadığı şərq Valenton bölgəsi də daxil olmaqla, Parisdəki bir neçə məktəb artıq onun şərəfinə adlandırılıb.