Siyasi məhbusun işindən 4 il azaldıldı (yenilənib)

 

Operativ.tv-nin məlumatına görə siyasi məhbus Fəqan Məmmədovun işindən 4 il azaldılıb. Ötən gün Apellyasiya Məhkəməsi siyasi məhbusun işinə baxıb. Məhkəmə onun işindən 4 il azaldaraq işi 6-ildən 2-ilə endirilib. Artıq 1 ildir həbs həyatı yaşayan Fəqan Bakıdan Gəncəyə Məhərrəm ayında üzərində "Ya Hüseyn" yazılmış köynəklər aparan zaman saxlanılmışdı. Barəsində Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi ilə - külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması -maddəsi ilə ittiham irəli sürülmüş və o, 6 il azadlıqdan məhrum edilmişdi. Ötən gün Apelliyasiya məhkəməsi onun barəsində cəzanı dəyişdirərək 6 ildən 2-ilə endirib.

Siyasi məhbus bundan sonra başlatdığı aclıq aksiyasını dayandırıb.

 

 

*******************************************************

 

Siyasi məhbus Fəqan Məmmədov aclıq aksiyasıına başlayıb. Buna səbəb o, məhkəmənin onun barəsində çıxardığı qərarın ədalətsiz böhtan olmasını göstərib. Fəqan məhkəmənin qərarını sifarişli, ittihamı rədd edərək aclığa başlayıb. Operativ.tv məlumatı sosial media üzərindən istinadən yayıb. Bildirilir ki, Fəqan ona olunan haqsızlığa görə hətta quru aclığa başladığını qeyd edib. Həbsə düşdüyü gündən oruc tutduğunu qeyd edən gənc bildirib ki, orucunu ya evində, ya da o biri dünyada açacaq. Mövcud rejimin onu Hüseyin (ə) kimi yaşamağa qoymadığı halda o, Hüseyin (ə) kimi susuz öləcəyini söyləyib.  

Xatırladaq ki, Fəqan Məmmədov ötən il üstünə ya Hüseyn yazılan köynəkləri Bakıdan Gəncəyə apararkən tutulub. O, narkotik ittihamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsində 6 il həbs cəzası alıb. Hal-hazırda Fəqan qərardan Apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun hakimliyi ilə işə baxılacaq.