Siyasi məhbus həbsdən çıxıb

Siyasi məhbus Məhəmmədəli Axundzadə azadlığa çıxıb.

Bu barədə Operativ.tv-yə Məhəmmədəli Axundzadənin yaxınları məlumat veriblər.

Məlumatda vurğulanır ki, Məhəmmədəli Axundzadə həbs müddətini tam olaraq bitirdikdən sonra 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Məhəmmədəli Axundzadə bu yaxınlarda həbsxanadan azadlığa çıxan siyasi məhbus Rufullah Axunzadənin oğludur.