Sionist İsrail rejimin xarici işlər naziri Türkiyəyə gəlir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi sionist rejimin İsrail xarici işlər naziri Yair Lapidin iyunun 23-ü cümə axşamı Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Lapid cümə axşamı Ankaraya səfər etməyi və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyi planlaşdırır.
XİN-dən verilən açıqlamada səfər çərçivəsində keçiriləcək təmaslarda ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirə olunacağı qeyd edilib.
Lapid bildirib ki, İstanbula səfər edən İsrail vətəndaşları “ən qısa zamanda” İstanbulu tərk etməlidirlər.