Sionist hərbçilərin atəş açması nəticəsində daha bir fələstinli şəhid olub

Giperssilka “MEHR”ə istinadən xəbər verir ki, Fələstin mənbələri İordan çayının qərb sahilində Beytül-ləhimin qərbində sionist hərbçilərin açdığı atəş nəticəsində bir fələstinlinin şəhid olduğunu bildirib.

Sionist mənbələr, sionist əsgərlərin güllələdiyi həmin fələstinlinin sionist məskunlarının maşınına yandırıcı şüşə atdığını iddia ediblər.

Yerli mənbələr, həmçinin sionist yaraqlıların Birunə bölgəsinə hücum edərək daha iki fələstinlini həbs etdiyini bildirib.