Səhih rəvayətlərdə İmam Mehdinin (ə) qeybət dövrü haqqında əvvəlcədən məlumat verilmişdirmi? (4-cü hissə)

 

4. İmam Hüseynin (ə) rəvayəti

İmam Hüseyn (ə) də İmam Əlinin (ə) buyurduğuna oxşar bir hədis söyləmişdir. Belə ki, bu hədisdə qeybətin uzunluğu və bu səbəbdən bir sıra insanın şəkdə olmasından söz açılır:

حَدَّثَنَا أَحْمَدُ بْنُ زِيَادِ بْنِ جَعْفَرٍ الْهَمَدَانِيُّ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ إِبْرَاهِيمَ بْنِ هَاشِمٍ عَنْ أَبِيهِ عَنْ عَبْدِ السَّلَامِ بْنِ صَالِحٍ الْهَرَوِيِّ قَالَ أَخْبَرَنَا وَكِيعُ بْنُ الْجَرَّاحِ عَنِ الرَّبِيعِ بْنِ سَعْدٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَلِيطٍ قَالَ قَالَ الْحُسَيْنُ بْنُ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عليه السلام مِنَّا اثْنَا عَشَرَ مَهْدِيّاً أَوَّلُهُمْ أَمِيرُ الْمُؤْمِنِينَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَ آخِرُهُمُ التَّاسِعُ مِنْ وُلْدِي وَ هُوَ الْإِمَامُ الْقَائِمُ بِالْحَقِّ يُحْيِي اللَّهُ بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِها وَ يُظْهِرُ بِهِ دِيْنَ الْحَقِّ عَلَى الدِّينِ كُلِّهِ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ لَهُ غَيْبَةٌ يَرْتَدُّ فِيهَا أَقْوَامٌ وَ يَثْبُتُ فِيهَا عَلَى الدِّينِ آخَرُونَ فَيُؤْذَوْنَ وَ يُقَالُ لَهُمْ مَتى‏ هذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صادِقِينَ أَمَا إِنَّ الصَّابِرَ فِي غَيْبَتِهِ عَلَى الْأَذَى وَ التَّكْذِيبِ بِمَنْزِلَةِ الْمُجَاهِدِ بِالسَّيْفِ بَيْنَ يَدَيْ رَسُولِ اللَّهِ.

Əhməd ibn Ziyad ibn Cəfər Həmədani bizə hədis söylədi (və dedi): Əli ibn İbrahim ibn Haşim atasından, o da Əbdüssəlam ibn Saleh Hərəvidən bizə hədis söylədi (və dedi): Vəki ibn Cərrah Rəbi ibn Səddən, o da Əbdürrəhman ibn Səlitdən bizə xəbər verdi (və dedi): İmam Hüseyn ibn Əli (ə) buyurmuşdur: Bizdən 12 hidayət edən kəs olacaq. Onların birincisi Əmirulmöminin Əli ibn Əbu Talib (ə), sonuncusu isə mənim doqquzuncu övladımdır. O, imamdır, haqla qiyam edəcək, Allah onun vasitəsilə ölmüş yeri dirildəcək və kafirlərin xoşuna gəlməsə də belə, onun vasitəsilə Öz dinini bütün dinlərə qalib edəcək. Onun elə bir qeybət dövrü var ki, bir qrup insan mürtəd olub dindən çıxacaq. Digər bir qrup isə dində sabit qalacaq. Onlar əziyyət görəcəklər, onlara deyiləcək ki, əgər doğru danışırsınızsa, bəs nə vaxt bu vədə reallaşacaq. Lakin qeybət dövründə bütün əziyyət və təkziblərə səbr edənlər Allah rəsulunun (s) yanında qılıncla cihad edən kəs kimidir.

5. İmam Səccadın (ə) rəvayəti

İmam Səccad (ə) buyurub:

حَدَّثَنَا الشَّرِيفُ أَبُو الْحَسَنِ عَلِيُّ بْنُ مُوسَى بْنِ أَحْمَدَ بْنِ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ بْنِ مُوسَى بْنِ جَعْفَرِ بْنِ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عليه السلام قَالَ حَدَّثَنَا أَبُو عَلِيٍّ مُحَمَّدُ بْنُ هَمَّامٍ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ النَّوْفَلِيُّ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ هِلَالٍ عَنْ عُثْمَانَ بْنِ عِيسَى الْكِلَابِيِّ عَنْ خَالِدِ بْنِ نَجِيحٍ عَنْ حَمْزَةَ بْنِ حُمْرَانَ عَنْ أَبِيهِ حُمْرَانَ بْنِ أَعْيَنَ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ قَالَ سَمِعْتُ سَيِّدَ الْعَابِدِينَ عَلِيَّ بْنَ الْحُسَيْنِ عليه السلام يَقُولُ فِي الْقَائِمِ مِنَّا سُنَنٌ مِنَ الْأَنْبِيَاءِ سُنَّةٌ مِنْ أَبِينَا آدَمَ عليه السلام وَ سُنَّةٌ مِنْ نُوحٍ وَ سُنَّةٌ مِنْ إِبْرَاهِيمَ وَ سُنَّةٌ مِنْ مُوسَى وَ سُنَّةٌ مِنْ عِيسَى وَ سُنَّةٌ مِنْ أَيُّوبَ وَ سُنَّةٌ مِنْ مُحَمَّدٍ صلي الله عليه وآله فَأَمَّا مِنْ آدَمَ وَ نُوحٍ فَطُولُ الْعُمُرِ وَ أَمَّا مِنْ إِبْرَاهِيمَ فَخَفَاءُ الْوِلَادَةِ وَ اعْتِزَالُ النَّاسِ وَ أَمَّا مِنْ مُوسَى فَالْخَوْفُ وَ الْغَيْبَةُ وَ أَمَّا مِنْ عِيسَى فَاخْتِلَافُ النَّاسِ فِيهِ وَ أَمَّا مِنْ أَيُّوبَ فَالْفَرَجُ بَعْدَ الْبَلْوَى وَ أَمَّا مِنْ مُحَمَّدٍ صلي الله عليه وآله فَالْخُرُوجُ بِالسَّيْف.

Şərif Əbul Həsən Əli ibn Musa ibn Əhməd ibn İbrahim ibn Məhəmməd ibn Abdullah ibn Musa ibn Cəfər (ə) ibn Məhəmməd (ə) ibn Əli ibn Hüseyn (ə) ibn Əli ibn Əbu Talib (ə) bizə hədis söylədi (və dedi): Əbu Əli Məmməd ibn Həmmam bizə hədis söylədi (və dedi): Əhməd ibn Məhəmməd Nofəli bizə hədis söylədi (və dedi): Əhməd ibn Hilal Osman ibn İsa Kilabidən, o da Xalid ibn Nəcihdən, o da Həmzə ibn Humrandan, o da atası Humran ibn Əyəndən, o da Səid ibn Cubeyrdən bizə hədis söylədi (və dedi): İmam Əli ibn Hüseyndən (ə) belə buyurduğunu eşitdim: Bizim qaimimizdə Peyğəmbərlərin (ə) sünnələri mövcuddur. Atamız Adəmin (ə), Nuhun (ə), İbrahimin (ə), Musanın (ə), İsanın (ə), Əyyubun (ə)  və Məhəmmədin (s) sünnələri. Adəm (ə) və Nuhun (ə) sünnəsi uzun ömürlülükdür. İbrahimin (ə) sünnəsi isə gizli dünyaya gəlmə və insanlardan uzaqlaşmaqdır. Musanın (ə) sünnəsi isə qorxu və qeybətə çəkilməkdir. İsanın (ə) sünnəsi camaatın onun barəsində ixtilafa düçməsidir. Əyyubun (s) sünnəsi isə çətinliklərdən sonra fərəcdir. Məhəmmədin (s) sünnəsi isə qılıncla xuruc etməkdir.

6. İmam Baqirin (ə) rəvayəti

Şeyx Səduq İmamın (ə) belə buyurduğunu nəql edir:

وَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُحَمَّدِ بْنِ عِصَامٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَعْقُوبَ الْكُلَيْنِيُّ قَالَ حَدَّثَنَا الْقَاسِمُ بْنُ الْعَلَاءِ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَلِيٍّ الْقَزْوِينِيُّ قَالَ حَدَّثَنِي عَلِيُّ بْنُ إِسْمَاعِيلَ عَنْ عَاصِمِ بْنِ حُمَيْدٍ الْحَنَّاطِ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ الثَّقَفِيِّ الطَّحَّانِ قَالَ دَخَلْتُ عَلَى أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ الْبَاقِرِ عليه السلام وَ أَنَا أُرِيدُ أَنْ أَسْأَلَهُ عَنِ الْقَائِمِ مِنْ آلِ مُحَمَّدٍ صلي الله عليه وآله فَقَالَ لِي مُبْتَدِئاً يَا مُحَمَّدَ بْنَ مُسْلِمٍ إِنَّ فِي الْقَائِمِ مِنْ آلِ مُحَمَّدٍ صلي الله عليه وآله شَبَهاً مِنْ خَمْسَةٍ مِنَ الرُّسُلِ يُونُسَ بْنِ مَتَّى وَ يُوسُفَ بْنِ يَعْقُوبَ وَ مُوسَى وَ عِيسَى وَ مُحَمَّدٍ صلي الله عليه وآله فَأَمَّا شَبَهُهُ مِنْ يُونُسَ بْنِ مَتَّى فَرُجُوعُهُ مِنْ غَيْبَتِهِ وَ هُوَ شَابٌّ بَعْدَ كِبَرِ السِّنِّ وَ أَمَّا شَبَهُهُ مِنْ يُوسُفَ بْنِ يَعْقُوبَ عليه السلام فَالْغَيْبَةُ مِنْ خَاصَّتِهِ وَ عَامَّتِهِ وَ اخْتِفَاؤُهُ مِنْ إِخْوَتِهِ وَ إِشْكَالُ أَمْرِهِ عَلَى أَبِيهِ يَعْقُوبَ عليه السلام مَعَ قُرْبِ الْمَسَافَةِ بَيْنَهُ وَ بَيْنَ أَبِيهِ وَ أَهْلِهِ وَ شِيعَتِهِ وَ أَمَّا شَبَهُهُ مِنْ مُوسَى عليه السلام فَدَوَامُ خَوْفِهِ وَ طُولُ غَيْبَتِهِ وَ خَفَاءُ وِلَادَتِهِ وَ تَعَبُ شِيعَتِهِ مِنْ بَعْدِهِ مِمَّا لَقُوا مِنَ الْأَذَى وَ الْهَوَانِ إِلَى أَنْ أَذِنَ اللَّهُ عَزَّ وَ جَلَّ فِي ظُهُورِهِ وَ نَصْرِهِ وَ أَيَّدَهُ عَلَى عَدُوِّهِ ...

Məhəmməd ibn Məhəmməd ibn İsam bizə hədis söylədi (və dedi): Məhəmməd ibn Yəqub Kuleyni bizə hədis söylədi (və dedi): Qasim ibn Əla bizə hədis söylədi (və dedi): İsmayıl ibn Əli Qəzvini bizə hədis söylədi (və dedi): Əli ibn İsmayıl Asim ibn Humeyd Hənnatdan, o da Məhəmməd ibn Müslim Səqəfi Təhhandan mənə hədis söylədi (və dedi): İmam Baqirin (ə) yanına daxil oldum. İstəyirdim ki, Ali Məhəmmədin (ə) qaimi haqqında ondan sual soruşum. Mən sual vermədən Həzrət (ə) buyurdu: Ey Məhəmməd ibn Müslim, Ali Məhəmmədin (s) qaiminin beş peyğəmbərə oxşarlığı vardır: Yunis ibn Məta (ə), Yusif ibn Yəqub (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s). Yunis (ə) oxşarlığı bundadır ki, çox yaşı olmasına baxmayaraq, cavan halda Yunis (ə) öz qeybətindən sonra geri qayıtdı. Yusifə (ə) oxşarlığı ondadır ki, Həzrət Yusif (ə) həm yaxınlarının, həm də ümumi kütlənin gözündən qeybətdə idi. Qardaşlarından da gizli idi. Onun vəziyyəti atası Yəqub (ə) üçün aşkar deyildi. Halbuki onunla qardaşları, ailəsi və şiələri arasında məsafə az idi. Lakin onun Musaya (ə) oxşarlığı Musanın (ə) davamlı qorxusu, uzun qeybəti, doğulmasının gizli olması, şiələrinin əziyyətdə olmasındadır. Belə ki, şiələri düşmənləri tərəfindən gördükləri bu əziyyətlərdən sonra Allahın onun zühuruna, fərəcinə izn verdikdən və ona düşmənlərinin üzərində qələbə çalmaq üçün kömək etdikdən sonra sona çatacaq.

7. İmam Sadiqin (ə) rəvayəti

İmam Sadiq (ə) bir rəvayətdə Həzrətin (ə.f) uzun qeybət dövründən danışmış, bunu o dövrün insanları üçün imtahan olacağını buyurmuşdur:

حَدَّثَنَا أَبِي وَ مُحَمَّدُ بْنُ الْحَسَنِ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالا حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ اللَّهِ وَ عَبْدُ اللَّهِ بْنُ جَعْفَرٍ الْحِمْيَرِيُّ وَ أَحْمَدُ بْنُ إِدْرِيسَ جَمِيعاً قَالُوا حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ عِيسَى وَ مُحَمَّدُ بْنُ الْحُسَيْنِ بْنِ أَبِي الْخَطَّابِ وَ مُحَمَّدُ بْنُ عَبْدِ الْجَبَّارِ وَ عَبْدُ اللَّهِ بْنُ عَامِرِ بْنِ سَعْدٍ الْأَشْعَرِيُّ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي نَجْرَانَ عَنْ مُحَمَّدِ بْنِ الْمُسَاوِرِ عَنِ الْمُفَضَّلِ بْنِ عُمَرَ الْجُعْفِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ عليه السلام قَالَ سَمِعْتُهُ يَقُولُ إِيَّاكُمْ وَ التَّنْوِيهَ أَمَا وَ اللَّهِ لَيَغِيبَنَّ إِمَامُكُمْ سِنِيناً مِنْ دَهْرِكُمْ وَ لَتُمَحَّصُنَّ حَتَّى يُقَالَ مَاتَ أَوْ هَلَكَ بِأَيِّ وَادٍ سَلَكَ وَ لَتَدْمَعَنَّ عَلَيْهِ عُيُونُ الْمُؤْمِنِينَ وَ لَتُكْفَؤُنَّ كَمَا تُكْفَأُ السُّفُنُ فِي أَمْوَاجِ الْبَحْرِ وَ لَا يَنْجُو إِلَّا مَنْ أَخَذَ اللَّهُ مِيثَاقَهُ وَ كَتَبَ فِي قَلْبِهِ الْإِيمَانَ وَ أَيَّدَهُ بِرُوحٍ مِنْهُ وَ لَتُرْفَعَنَّ اثْنَتَا عَشْرَةَ رَايَةً مُشْتَبِهَةً لَا يُدْرَى أَيٌّ مِنْ أَيٍّ قَالَ فَبَكَيْتُ فَقَالَ لِي مَا يُبْكِيكَ يَا أَبَا عَبْدِ اللَّهِ فَقُلْتُ وَ كَيْفَ لَا أَبْكِي وَ أَنْتَ تَقُولُ اثْنَتَا عَشْرَةَ رَايَةً مُشْتَبِهَةً لَا يُدْرَى أَيٌّ مِنْ أَيٍّ فَكَيْفَ نَصْنَعُ قَالَ فَنَظَرَ إِلَى شَمْسٍ دَاخِلَةٍ فِي الصُّفَّةِ فَقَالَ يَا أَبَا عَبْدِ اللَّهِ تَرَى هَذِهِ الشَّمْسَ قُلْتُ نَعَمْ قَالَ وَ اللَّهِ لَأَمْرُنَا أَبْيَنُ مِنْ هَذِهِ الشَّمْس.

Atam və Məhəmməd ibn Həsən bizə hədis söylədilər (və dedilər): Səd ibn Abdullah, Abdullah ibn Cəfər Himyəri və Əhməd ibn İdris bizə hədis söylədi (və dedi): Əhməd ibn Məhəmməd ibn İsa, Məhəmməd ibn Hüseyn ibn Əbul Xəttab, Məhəmməd ibn Əbdülcəbbar və Abdullah ibn Amir ibn Səd Əşəri Əbdürrəhman ibn Əbu Nəcrandan, o da Məhəmməd ibn Müsavirdən, o da Müfəzzəl ibn Ömər Cofinin belə dediyini nəql edirlər: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: Mübahisədən çəkinin! And olsun Allaha ki, bir zaman imamınız illərlə qeybətdə qalar, siz də imtahan olunarsınız. Hətta bəziləri deyər ki, o, ölüb, bəziləri deyər ki, filan vadidə həlak olmuşdur. Möminlər onun üçün göz yaşları tökər. Dəniz dalğaları gəmini alt-üst etdiyi kimi Allahın imamət barəsində əhd aldığı, imanlarını qəlblərində möhkəm edən və Öz tərəfindən ruhların vasitəsi ilə kömək etdiyi kəslərdən başqa heç kim nicat tapmayacaq. Göyə insanları çaşdıracaq 12 bayraq qalxacaq. Belə ki, o bayraqların biri digərindən fərqlənməz və hansı bayrağın kimin olduğu bilinməz. Ravi deyir ki, mən ağladım. Həzrət (ə) buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan? Dedim ki, niyə də ağlamayım?! Buyurdunuz ki, göyə insanları çaşdıracaq 12 bayraq qalxacaq. Belə ki, o bayraqların biri digərində fərqlənməz və hansı bayrağın kimin olduğu bilinməz. O zaman biz nə edəcəyik? Ravi deyir: Həzrət (ə) eyvana düşən günəş işığına baxdı və buyurdu: Ey Əba Əbdillah, bu günəşi görürsən? Dedim: Bəli. Buyurdu: Bizim imamət məsələmiz bu günəşdən də parlaqdır.

8. İmam Kazimin (ə) rəvayəti

İmam Kazim (ə) “Məgər Allahın göylərdə və yerdə olanları sizin üçün ram etdiyini və Öz aşkar və gizlin nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?!” ayəsində olan gizlin neməti İmam Zaman (ə.f) hesab edir. Həzrət (ə) açıq-aşkar izah edir ki, İmam Mehdi (ə.f) möminlərin qəlblərindən yox, təkcə gözlərdən qeybdədir. Mərhum Şeyx Səduq bu rəvayəti səhih sənədlə qeyd etmişdir:

حَدَّثَنَا أَحْمَدُ بْنُ زِيَادِ بْنِ جَعْفَرٍ الْهَمَدَانِيُّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ إِبْرَاهِيمَ بْنِ هَاشِمٍ عَنْ أَبِيهِ عَنْ أَبِي أَحْمَدَ مُحَمَّدِ بْنِ زِيَادٍ الْأَزْدِيِّ قَالَ: سَأَلْتُ سَيِّدِي مُوسَى بْنَ جَعْفَرٍ عليه السلام عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَجَلَ‏ «وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظاهِرَةً وَباطِنَةً» (لقمان/20) فَقَالَ عليه السلام:

النِّعْمَةُ الظَّاهِرَةُ الْإِمَامُ الظَّاهِرُ وَالْبَاطِنَةُ الْإِمَامُ الْغَائِبُ فَقُلْتُ لَهُ وَيَكُونُ فِي الْأَئِمَّةِ مَنْ يَغِيبُ قَالَ نَعَمْ يَغِيبُ عَنْ أَبْصَارِ النَّاسِ شَخْصُهُ وَلَا يَغِيبُ عَنْ‏ قُلُوبِ الْمُؤْمِنِينَ ذِكْرُهُ وَهُوَ الثَّانِي‏ عَشَرَ مِنَّا يُسَهِّلُ اللَّهُ لَهُ كُلَّ عَسِيرٍ وَيُذَلِّلُ لَهُ كُلَّ صَعْبٍ وَيُظْهِرُ لَهُ كُنُوزَ الْأَرْضِ وَيُقَرِّبُ لَهُ كُلَّ بَعِيدٍ وَيُبِيرُ بِهِ كُلَّ جَبَّارٍ عَنِيدٍ وَيُهْلِكُ عَلَى يَدِهِ كُلَّ شَيْطَانٍ مَرِيدٍ ذَلِكَ ابْنُ سَيِّدَةِ الْإِمَاءِ الَّذِي تَخْفَى عَلَى النَّاسِ وِلَادَتُهُ وَلَا يَحِلُّ لَهُمْ تَسْمِيَتُهُ حَتَّى يُظْهِرَهُ اللَّهُ عَزَّ وَجَلَّ فَيَمْلَأَ الْأَرْضَ قِسْطاً وَعَدْلًا كَمَا مُلِئَتْ جَوْراً وَظُلْماً.

Əhməd ibn Ziyad ibn Cəfər Həmədani bizə hədis söylədi (və dedi): Əli ibn İbrahim ibn Haşim atasından, o da Əbu Əhməd Məhəmməd ibn Ziyad Əzdidən bizə hədis söylədi (və dedi): Ağam İmam Musa Kazimdən (ə) Loğman surəsinin 20-ci ayəsi olan “Məgər Allahın göylərdə və yerdə olanları sizin üçün ram etdiyini və Öz aşkar və gizlin nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?!” ayəsi barəsində soruşdum. Həzrət (ə) buyurdu: Aşkar nemətdən məqsəd aşkar imam, gizlin nemətdən məqsəd isə qeybdə olan imamdır. Soruşdum: İmamlar (ə) arasında qeybdə olan olacaq? Həzrət (ə) buyurdu: Bəli, o insanların gözlərindən qeybdə olacaq, lakin möminlərin qəlbindən onun zikri qeybdə olmayacaq. O, bizim on ikincimizdir. Allah onun üçün bütün çətinlikləri asan, bütün eniş-yoxuşları onun üçün hamar, yerin xəzinələrini onun üçün aşkar və hər uzaqlığı onun üçün yaxın edəcək. Allah onun vasitəsilə bütün inadkar zalımları və üsyankar şeytanları həlak edəcək. O, kənizlərin sərvərinin oğludur. Onun doğulması camaat üçün gizlin qalacaq. Allah onu zahirə çıxaranadək və Yer üzü zülmlə dolduğu kimi onu ədalətlə dolduranadək onun adını çəkmək camaat üçün rəva deyildir.

Bu rəvayətin sənədi də səhihdir.

9. İmam Rzanın (ə) rəvayəti

İmam Rza (ə) Rəyyan ibn Səltə buyurur ki, İmam Mehdi (ə) mənim dördüncü övladımdır. Allah Təala onu qeybət pərdəsində qərar verəcək:

حَدَّثَنَا أَحْمَدُ بْنُ زِيَادِ بْنِ جَعْفَرٍ الْهَمَدَانِيُّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ الرَّيَّانِ بْنِ الصَّلْتِ قَالَ: قُلْتُ لِلرِّضَا عليه السلام: أَنْتَ صَاحِبُ هَذَا الْأَمْرِ؟

فَقَالَ أَنَا صَاحِبُ هَذَا الْأَمْرِ وَ لَكِنِّي لَسْتُ بِالَّذِي أَمْلَؤُهَا عَدْلًا كَمَا مُلِئَتْ جَوْراً وَكَيْفَ أَكُونُ ذَلِكَ عَلَى مَا تَرَى مِنْ ضَعْفِ بَدَنِي وَإِنَّ الْقَائِمَ‏ هُوَ الَّذِي‏ إِذَا خَرَجَ‏ كَانَ فِي سِنِّ الشُّيُوخِ وَمَنْظَرِ الشُّبَّانِ قَوِيّاً فِي بَدَنِهِ حَتَّى لَوْ مَدَّ يَدَهُ إِلَى أَعْظَمِ شَجَرَةٍ عَلَى وَجْهِ الْأَرْضِ لَقَلَعَهَا وَلَوْ صَاحَ بَيْنَ الْجِبَالِ لَتَدَكْدَكَتْ صُخُورُهَا يَكُونُ مَعَهُ عَصَا مُوسَى وَخَاتَمُ سُلَيْمَانَ عليه السلام ذَاكَ الرَّابِعُ مِنْ وُلْدِي يُغَيِّبُهُ اللَّهُ فِي سِتْرِهِ مَا شَاءَ ثُمَّ يُظْهِرُهُ فَيَمْلَأُ بِهِ الْأَرْضَ قِسْطاً وَعَدْلًا كَمَا مُلِئَتْ جَوْراً وَظُلْماً.

Əhməd ibn Ziyad ibn Cəfər Həmədani bizə hədis söylədi (və dedi): Əli ibn İbrahim atasından, o da Rəyyan ibn Səltdən bizə hədis söylədi (və dedi): İmam Rzadan (ə) soruşdum: Siz əmr sahibisiniz? Buyurdu: Bəli, mən əmr sahibiyəm, lakin yer üzü zülmlə dolduğu kimi onu ədalətlə dolduran mən deyiləm. Mən necə bu işin sahibi ola bilərəm ki, gördüyünüz kimi mənim bədənim zəifdir. Lakin qaim o kəsdir ki, zühur edən zaman yaşı çox olsa da, üzdən cavan görsənəcək və güclü şəxsiyyətə malik olacaq. O qədər güclü olacaq ki, ən böyük ağaca əl atsa, onu yerindən qoparar. Əgər dağlar arasında nərə çəksə, dağa yapışan daşlar ondan ayrılıb yerə tökülər. Musanın (ə) əsası və Süleymanın (ə) üzüyü ondadır. O, mənim dördüncü övladımdır. Allah onu Özünün gizlin pərdəsində istədiyi qədər qərarlaşdıracaq. Sonra onu zahirə çıxaracaq. Yer üzü zülmlə dolduğu kimi, onu ədalətlə dolduracaq.

Bu rəvayət də səhihdir.

10. İmam Həsən Əskərinin (ə) rəvayəti

İmam Həsən Əskəri (ə) də oğlu İmam Mehdi (ə.f) və onun uzun qeybəti barədə xəbər vermişdir:

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا مُوسَى بْنُ جَعْفَرِ بْنِ وَهْبٍ الْبَغْدَادِيُّ قَالَ سَمِعْتُ أَبَا مُحَمَّدٍ الْحَسَنَ بْنَ عَلِيٍّ عليه السلام يَقُولُ كَأَنِّي بِكُمْ وَ قَدِ اخْتَلَفْتُمْ بَعْدِي فِي الْخَلَفِ مِنِّي أَمَا إِنَّ الْمُقِرَّ بِالْأَئِمَّةِ بَعْدَ رَسُولِ اللَّهِ ص الْمُنْكِرَ لِوَلَدِي كَمَنْ أَقَرَّ بِجَمِيعِ أَنْبِيَاءِ اللَّهِ وَ رُسُلِهِ ثُمَّ أَنْكَرَ نُبُوَّةَ رَسُولِ اللَّهِ صلي الله عليه وآله وَ الْمُنْكِرُ لِرَسُولِ اللَّهِ صلي الله عليه وآله كَمَنْ أَنْكَرَ جَمِيعَ أَنْبِيَاءِ اللَّهِ لِأَنَّ طَاعَةَ آخِرِنَا كَطَاعَةِ أَوَّلِنَا وَ الْمُنْكِرَ لِآخِرِنَا كَالْمُنْكِرِ لِأَوَّلِنَا أَمَا إِنَّ لِوَلَدِي غَيْبَةً يَرْتَابُ فِيهَا النَّاسُ إِلَّا مَنْ عَصَمَهُ اللَّهُ عَزَّ وَ جَل.

Əhməd ibn Məhəmməd ibn Yəhya Əttar bizə hədis söylədi (və dedi): Səd ibn Abdullah bizə hədis söylədi (və dedi): Musa ibn Cəfər ibn Vəhəb Bağdadi bizə hədis söylədi (və dedi): İmam Həsən Əskərinin (ə) belə buyurduğunu eşitdim: Sanki məndən sonra canişinim barəsində ixtilafa düşəcəyinizi görürəm. Peyğəmbərdən (s) sonra bütün İmamların (ə) imamətini təsdiq edib, oğlumun imamətini inkar edən kəs, bütün Peyğəmbərlərin (s) peyğəmbərliyini təsdiq edib, sonuncu peyğəmbəri inkar edən kəs kimidir. Məhəmmədi (s) inkar etmək bütün Peyğəmbərləri (ə) inkar etməkdir. Bizim sonuncumuza itaət birincimizə itaət kimidir. Agah olun ki, oğlumun qeybət dövrü olacaq, Allahın qoruduqlarından başqa bütün insanlar bunun barəsində şəkk edəcəklər.

Bu barədə hədislər çoxdur. Biz sadəcə bu yazıda bəzilərini qeyd etdik.

Nəticə     

Birinci və ikinci qisim səhih rəvayətlərə uyğun olaraq, bütün məsum İmamlar (ə) İmam Mehdinin (ə) böyük və kiçik qeybətindən xəbər veriblər. Mühüm olan məsələ budur ki, şiə və Əhli-beyt (ə) tərəfdarları bu dövrdə gərək öz əqidə və imanlarında möhkəm olsunlar. Onlar gərək zühurun gerçəkləşməsinə, dünyanın onun vasitəsilə nuraniləşməsinə və ədalətin onun əmri ilə formalaşmasına ümid etməlidirlər.

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə